Şəhərimizin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən Grand Həyat yaşayış kompleksinə məxsus 27 mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 68 kv.m olan 2 otaqlı mənzil kirayə verilir.
Mənzil təmirli və əşyalıdır. Geniş zal, yataq otağı, mətbəx, hall və sanitar qovşaqdan ibarətdir. Mətbəxdə paltaryuyan, soyuducu, soba və yaşayış üçün lazım olan digər avadanlıqlar mövcuddur.
Bina şəhərin əlverişli və inkişaf etmiş ərazilərindən birində yerləşir. Ətrafında marketlər, məktəb, bağça, nəqliyyat dayanacaqları və müxtəlif iaşə obyektləri mövcuddur.
Aylıq kirayə qiyməti 850 manatdır.