Şəhər Bağları yaşayış kompleksində yerləşən geniş və komfortlu mənzil kirayə verilir. Yaşıllıqla əhatə olunan ərazi sakitliyi və rahat atmosferi ilə fərqlənir.
Kompleks daxilində sakinlərin rahatlığı üçün hovuz, SPA, idman zalı, kinoteatr, istirahət və əyləncə zonaları mövcuddur.
Təhlükəsizlik xidməti və geniş həyəti yaşayışı daha komfortlu edir.
Mənzil geniş və işıqlı otaqları, rahat planlanması və böyük koridoru ilə seçilir. Ətrafında park, stadion, universitet, market və gündəlik ehtiyac üçün lazım olan bütün iaşə obyektləri yerləşir.
Elit və rahat yaşam istəyənlər üçün ideal seçimdir.