Nərimanov rayonu, Təfəkkür Universiteti və Şərq bazarının düz yanında, Təbriz küçəsində yerləşən 2 otaqlı tam əşyalı mənzil uzunmüddətli kirayə verilir. Mənzil həm yerləşmə, həm də şərait baxımından çox əlverişlidir.
Ev skvaznoy layihəlidir, gün düşəndir və olduqca işıqlı, havalı mənzildir. Mənzildə olan bütün mebel və məişət əşyaları yenidir, yaşayış üçün hər bir şərait yaradılıb. Mənzil tam əşyalıdır və əlavə heç bir xərc tələb etmir.
Su, qaz və işıq daimidir. İstilik sistemi mövcuddur. Mənzilin ümumi sahəsi təxminən 55 kv.m-dir. Otaqlar geniş və rahatdır, ailəli şəxslərin komfortlu yaşaması üçün ideal seçimdir.
Mənzil şəhərin ən rahat və əlçatan yerlərindən birində yerləşir. Gənclik metrosu və 28 May metrosu stansiyalarına cəmi 5 dəqiqəlik məsafədədir. Ətrafda market, aptek, məktəb, dayanacaq və digər bütün lazımi infrastrukturlar mövcuddur.
Mənzil yalnız normal və səliqəli ailələrə, evə yaxşı baxacaq şəxslərə müqavilə əsasında uzunmüddətli kirayə verilir. Qısamüddətli qalmaq istəyənlər, 2-5 aylıq ev axtaranlar narahat etməsin.
Xidmət haqqı: 30%.